Uca dağlar başından səslərəm səni
Səslərəm səni, balam, səslərəm səni
İki gözüm üstdə bəslərəm səni
Bəslərəm səni, balam, bəslərəm səni
Yar, gülə-gülə
Yar, bilə-bilə
Mən aşiq oldum, balam, bir şirin dilə
Mən aşiq oldum, balam, bir şirin dilə
Uca dağlar başında bir sürü quzu
Bir sürü quzu, balam, bir sürü quzu
Quzuları otarır bir çoban qızı
Bir çoban qızı, balam, bir çoban qızı
Yar, gülə-gülə
Yar, bilə-bilə
Mən aşiq oldum, balam, bir şirin dilə
Mən aşiq oldum, balam, bir şirin dilə
Uca dağlar başında bir sürü ceyran
Bir sürü ceyran, balam, bir sürü ceyran
Yarın ala gözlərinə olmuşam heyran
Olmuşam heyran, balam, olmuşam heyran
Yar, bilə-bilə
Yar, gülə-gülə
Mən aşiq oldum, balam, bir şirin dilə
Mən aşiq oldum, balam, bir şirin dilə, dilə