Kaş bölə biləydim dərdini qadın,
Gəl danış deyərdim, danışa bilsən.
Gülüşün hamı tək aldatmaz məni,
Xoşbext görünürsən amma deyilsən.
Baxışın qəmini gizlədə bilmir,
Taleyi gözündən oxunan qadın.
Dodağın gülsə də, gözlərin gülmür,
Kədərə tikilib, toxunan qadın.
Ən dəli, ən çılğın gülüş saçarmış,
Gizlində kövrəlib, dolan qadınlar.
Ən böyük, ən gözəl xəyal qurmış,
Arzusu qəlbində solan qadınlar.
Dikme gözlərini yere, bilirəm,
O dolan gözlərdə hələ ümid var.
Bəlkə də, nə vaxtsa çiçək açarlar,
Qəlbində quruyan nakam arzular.