menu-iconlogo
huatong
huatong
avatar

HEYAT BIR GUNDUR (AL-TAIR~MALVINA)

Ramil Sedalihuatong
❦𝓜𝓲𝓼𝓼⋆𓅃𝙈𝘼𝙇'𝙑𝙄𝙉𝙆𝘼✪࿔ྀ𓆪huatong
歌詞
作品
Gecə ləzət eliyir nə gözəl gecədi,

Saata baxan yoxdur saat neçədir,

Eyni nağıllar kimidir necədi?

Həyat bir gündü, oda bu gündü. 2 dəfə

Gəl həyatım gəl nə olar görüşək,

Əl-ələ tutaq bütün şəhəri gəzişək,

Gəl bütün ömrümüzü bu günə dəyişək,

Həyat bir gündü, oda bu gündü. 2 dəfə

Tək yaşayım mən necə gəl yaşayaq,

Görməsin heç kim gecə gəl yaşıyaq,

Gözdən uzaq gizlicə gəl yaşıyaq.

Həyat bir gündü, oda bu gündü. 2 dəfə

Gözlərini seyr elədikcə gözüm,

Deyib gülmək istəyirəm mən özüm,

Bu gün bizim günümüzdür əzizim,

Həyat bir gündü, oda bu gündü. 2 dəfə

Nəğməsi altında həzin küləyin,

Ətrin alaq hər gülün hər çiçəyin,

Təki ürəyin sənin açılsın ürəyin,

Həyat bir gündü, oda bu gündü. 2 dəfə

Dəniz dalğalanar bizdən ötəri,

Həzz alarıq eylədiycə nəzəri,

Gəl sarılaq, seyr eliyək xəzəri,

Həyat bir gündü, oda bu gündü. 2 dəfə

Qoy bu kədər, dərd-qəmi bir tərəfə,

Xoş günü, xoşbaxtlığı al hədəfə,

Badəni doldur, ver içək şərəfə,

Həyat bir gündü, oda bu gündü. 2 dəfə

Yaxın dostlarımla deyib gülürəm,

Belə bir həyat yaşamaq üçün ölürəm,

Ömrə vəfa yoxdur mən onu bilirəm,

Həyat bir gündü, oda bu gündü. 2 dəfə

Əylənirik biz nə gözəl, nə şirin,

Çox eləmə dostum, sabahın fikirin,

Bil bu anın, bil bu günün gədirin,

Həyat bir gündü, oda bu gündü. 2 dəfə

Yazdı mələklər sözə-söz toxudu,

Hamı öz ömür gündəliyini oxudu,

Birinə həqiqətdir birinə yuxudur.

Həyat bir gündü, oda bu gündü. 2 dəfə

更多Ramil Sedali熱歌

查看全部logo