Sakit axıb gecələr bulaq nələr danışır?
Elə bil ki nağıllar, əfsanələr danışır
Sirlilərlə doludur gecələr bulaq başı
Onun zümzüməsiydi gecələrim sirdaşı
Nə deyir laylasında ötüb qumrular kimi
O keçmişin naləsi gələcəyin sirrimi?
Bulaq nə fryir görən hey axdiqca şırhaşır?
Gündüz gördüklərini gecəyəmi danışır?
Səpələnib toz kimi şırıltıyla axan su
Nəyçün pozur gecənin o dərin sükütunu?
Bəzən aylı süd kimi bəzən qara gecələr
Bulaq laylamı çalır yatanlara gecələr