menu-iconlogo
huatong
huatong
লিরিক্স
রেকর্ডিং
Aşiqin könlündə həsrət olsa belə

Qovuşduracaq, dünya yaman dünyadır

Gözlərində kədər olsa belə yenə

Sevindirəcək, dünya yaman dünyadır

Aşiqin könlündə həsrət olsa belə

Qovuşduracaq, dünya yaman dünyadır

Gözlərində kədər olsa belə yenə

Sevindirəcək, dünya yaman dünyadır

Ümidim sənədir, dünya

Görürsən, necəyəm, dünya?

Bilirəm, yenidən, dünya

Dönəcək geriyə dünya

Bir olduq, yetmədi, əydilər qəddi

Buraxıb əlimizi çəkdilər səddi

Bəsdir, qoymayın bizə cürət həddi

Daimidir narahatçılığımız müvəqqəti

Bizə nə olar? Dizin analar

Qucaqlayıb xatırlayar həzin anılar

Belə dünya

Ölüm üzərindən gücün bölmək

Biz insan yox, anketdə şəkilik 3-ün 4-ə

Hanı tonlarla bomba?

Domofonlardan qolbaq

Biz sosial eksperimentik, bina adlı kolba

Denən, kimlərdir rolda?

Adını çəkmə dediklərinin keçir adı İnterpolda

Və sonda "Cakonda"

Tək olmaq, vitrində don bax

Göstərdi kompas və qana bələndi Donbas

Biz Krişna, biz Tanrı, biz Budda

Epizodda Hollivudda

Qanad açır silahlar səmaya

Göyərçinlər tabutda

Ümidim sənədir, dünya

Görürsən, necəyəm, dünya?

Bilirsən, necəyəm, dünya

Dönəcək geriyə dünya

Zamina Rahimova/Orkhan Zeynalli থেকে আরও

সব দেখুনlogo