Qollarını aç, qaça-qaça gəlim mən
Mən sənin hələ də balaca qızın
Heç əlini buraxmadın əlimdən
Hər zaman qorudun ürəyin qızın
Var olmağın mənim üçün yetərli
Yollarıma işıq saçır dəstəyin
Sənə olan sevgim, səncə, bitərmi?
Əksinə heç tükənməzdir istəyim
Atacan, sən ömrümün baş rolunda
Sən mənim dayağım həyat yolumda
Canından keçərsən mənim uğrumda
Atacan, atacan, atacan
Atacan, sən ömrümün baş rolunda
Sən mənim dayağım həyat yolumda
Canından keçərsən mənim uğrumda
Atacan, atacan, atacan
İstəyini mən anlayıram gözündən
Diqqətin daima üzərimdədir
Heç kənar qoymadın nəzərindən
Sənin yerin əbədi ürəyimdədir
Var olmağın mənim üçün yetərli
Yollarıma işıq saçır dəstəyin
Sənə olan sevgim, səncə, bitərmi?
Əksinə heç tükənməzdir istəyim
Atacan, sən ömrümün baş rolunda
Sən mənim dayağım həyat yolumda
Canından keçərsən mənim uğrumda
Atacan, atacan, atacan
Atacan, sən ömrümün baş rolunda
Sən mənim dayağım həyat yolumda
Canından keçərsən mənim uğrumda
Atacan, atacan, atacan