menu-iconlogo
huatong
huatong
avatar

Söz

Qaraqanhuatong
mskis22huatong
歌詞
レコーディング
Toz altındakı dastan

Qara Qoç tullar səyahətə səni

Yerin dibindən xırıldar vulkan

Çatıbsa vaxt hərarətə zəmin

Torpaqdan fışqırır qan

Goreşənlər dəhşətə gəlir

Qaya üstündə rəqs hərəkətə gəlir

Elə bil canlanır Qobustan

Qövmü insan pozanda nizamı

Çağırır şeytanı meydan

Bu nə ağır addım

De bu hansı heyvan ki

Titrəyir aslan, addımından orman

Qaranlığa baxıb hürür itlər

Cırıldayır qapalı kilidlər

Silkələnib yerə düşür bütlər

Elə bil Ərəbistana gəlir İslam

Şirin yuxusunda Pompey

Xəbəri yox qopur divarlarındakı freska

Qaynatdığım dramın Mişleni beş star

Yeni nəsil qalıb başsız? Ned Stark

Məndən sizə miras "İşıq" və "Qısa Qapanma"dırsa

Məni çağır Tesla, məni çağır meyster

Bilmir hansı tərəfə axsın - donur mainstream

Çünki görür indi püskürəcək qeyzer!

Hamı geriyə

Diqqət! Diqqət!

Hamı girsin evinə

Fövqəladə hadisə - təhlükə, təhlükə!

Təbii fəlakət - təhlükə, təhlükə!

Hamı geriyə

Diqqət! Diqqət!

Hamı girsin evinə

Fövqəladə hadisə - təhlükə, təhlükə!

Təbii fəlakət - təhlükə, təhlükə!

Gətirdiyim sülh deyil ayrılıqdı

Ayırıram atanı oğuldan, əti sümükdən

Necə duz ayırır tikanı irindən

Ayırıram Arazı Kürdən

Qulaqları pas, avazı küydən

Necə dulusçu yarır kasanı küpdən

Ayırıram buğdanı düyüdən

Çürümüş balığı kürüdən

Şəxsiyyəti sürüdən

Qoca Babil gözünüzə asar bağlar

Amma torpağı cadar bağlar

Basdırılan haqqa çatar bağırar

Kökü gilli qamışın

Bax içimə, içim Yanar dağlar

Hamı dam eşqinə düşə qalxa ki, başının üstü kor yapalaqlar

Ey qalibi bir divin, lovğalanmağa yox vaxt

Burda qırxmış otaqlar!

Necə xoş-xoş köməklə ağıl dolmaz, ağa, hoş-hoş deməklə

Ona görə sənə dərmanı verəcəm yeməklə

Gör necə sirrlərim xəzinələnir

Kökünə kimi kəsilmiş ölü palıdın

Yeni budağı şəcərələnir

Örtün qapıları-pəncərələri!

İri pəncəli gəlir!

Hanı həncəri gəlir!

Hamı geriyə

Diqqət! Diqqət!

Hamı girsin evinə

Fövqəladə hadisə - təhlükə, təhlükə!

Təbii fəlakət - təhlükə, təhlükə!

Hamı geriyə

Diqqət! Diqqət!

Hamı girsin evinə

Fövqəladə hadisə - təhlükə, təhlükə!

Təbii fəlakət - təhlükə, təhlükə!

Qaraqanの他の作品

総て見るlogo