menu-iconlogo
huatong
huatong
avatar

Küçələr Oyaqdır

Uranhuatong
pnpwhitehuatong
歌詞
レコーディング
Eşit gör

Eşit gör, nə deyirəm

Eşit gör, nə deyirəm

Eşit, de

Eşit gör, ay

Eşit gör, nə deyirəm

Eşit gör, a!

Üç nəfər məhlədə, tində, "Montin"də

Polis maşını öndə, iki əməkdaş içində

Çöldə soyuq hava, külək şübhə kölgəsində

Maraqlı vəziyyət yaranıb prospekt döngəsində

Kim-kimi izləyir - polislər qaqaşları, ya əksinə?

Külək küçə təmizləyir, səsinə insan diksinər

Borzu fasonlu adam sükan arxasında oturmuş

Yanındakına danışır necə dünən birini vururmuş

Döyürmüş, söyürmüş, cibinə atıb bir baş nəşə

Tutulmuş oğlanı heç nəyin üstündə salıb işə

Oxunan məbləğ veriləndən sonra oğlan buraxılır

Yanında oturan onun söhbətinə həsrətlə baxır

Elə bu zaman maşının qapısı açılır - küt zərbə!

On saniyədən sonra hər iki nəfər artıq yerdə!

Üzü bağlı üç nəfər onlardan birini möhkəm çırpır

Əli-qolu bağlı baqajda onlar səhər tapılır

Aramla nəfəs al

Tonu aşağı sal

Şəhər yatsa belə

Küçələr oyaqdır!

Qaranlıq məhəllə

Külək əsir hələ

Qorxunc bir mənzərə

Küçələr oyaqdır!

Aramla nəfəs al

Tonu aşağı sal

Şəhər yatsa belə

Küçələr oyaqdır!

Qaranlıq məhəllə

Külək əsir hələ

Qorxunc bir mənzərə

Küçələr oyaqdır!

İndi isə başqa söhbət, indi isə başqa bir hal

Uduza bilərsən bir hal, itirə bilərsən min xal

Müəllim verir bal imtahanda pulla, dolu zal

Cib, stol dolarsa, demək jurnalda yaxşı əhval

Biri oxuyan, kasıb təbəqədən olan tələbə

Təfəkkürü güclüdür, həmçinin "yoxdur" deyir məbləğə

Qızı imtahandan kəsirlər

Qız dönür evə

Evdə də əlavə qardaşı xəbər olur, hirslənir və

Çıxır evdən, bacısı ilə oxuyan yaxın qaqaşa zəng

Dəqiq ünvan, işdən çıxma vaxtı qaralıb rəng!

İmtahan'çın lazımlı pulu da borcnan oğlan tapır

Axşam

Məhlə

Müəllim girir bloka, bağlanır qapı

Heç kim bilmədi kişi ilə nə baş verdi blokda

Onu tapırlar ağzında 300 azn, oturmuş şokda

Yadında qara parça, zərbə, huşsuz, bağlı qollar

Ayılır, qışqıra bilmir, nəfəsə maneə pullar

Aramla nəfəs al

Tonu aşağı sal

Şəhər yatsa belə

Küçələr oyaqdır!

Qaranlıq məhəllə

Külək əsir hələ

Qorxunc bir mənzərə

Küçələr oyaqdır!

Aramla nəfəs al

Tonu aşağı sal

Şəhər yatsa belə

Küçələr oyaqdır!

Qaranlıq məhəllə

Külək əsir hələ

Qorxunc bir mənzərə

Küçələr oyaqdır!

Deyə bilərsizmi içəridə neçə günahsız dustaq yatır?

Neçə nəfər tələbəni müəllim pula görə bayıra atır?

Neçə nəfər həkim olur?

Neçə nəfər mühəndis?

Neçə nəfər böyüyüb müəllim olur?

Neçə nəfər polis?

Neçə nəfər xəstə bədbəxt olur əməliyyat stolunda?

Adam həkimdir, görürsən, yazılıbdır diplomunda

Yeni nəslin neçə hissəsi "təhsil" alır siniflərdə?

Və görəsən hansı mənəvi itkidir yeni hədəflərdə?

Sözüm hər kəsə - təbəqəsindən asılı olmayaraq

Özündən sonrakının yaşam tərzinə göstərib maraq

Fikirləşməyin fikrim yanlış addımlara çağırışdır

Öyrəşdiyimiz, yaşadığımız həyatımıza bir baxışdır

Elə belə yaxşıdır?!

Nə deyirəm, onda seyrə davam

Gözünü yum, yorğanın altına gir, gecən xeyrə - davam

Yorğan yaxşı şeydir, amma ölçüsü ayaqdır

Cəmiyyət gözünü yumub yatsa, küçələr oyaqdır!

Aramla nəfəs al

Tonu aşağı sal

Şəhər yatsa belə

Küçələr oyaqdır!

Qaranlıq məhəllə

Külək əsir hələ

Qorxunc bir mənzərə

Küçələr oyaqdır!

Aramla nəfəs al

Tonu aşağı sal

Şəhər yatsa belə

Küçələr oyaqdır!

Qaranlıq məhəllə

Külək əsir hələ

Qorxunc bir mənzərə

Küçələr oyaqdır!

Küçələr oyaqdır

Küçələr oyaqdır

Uranの他の作品

総て見るlogo