menu-iconlogo
huatong
huatong
uran-rssam-qz-cover-image

Rəssam Qız

Uranhuatong
spawnsbabygurlhuatong
歌詞
収録
Ah, eşidirsən məni?

"Okay", onda qulaq as

Hey

Qaranlıq dünyama işıq saçan

Bilmədim, sənə mən vuruldum haçan

Qəlb qapısına doğru çoxdur qaçan

Amma hər dəfə yenə də qırılır açar

Qəlbim uçur, qanadsız uçur

İncə əlində ehmalca dönəndə fırça

İlham pərisi şairin ehtiyacı

Ürək söz dolu, lakin eşqçün acdır

Gələcəyi görməkçün keçmişə bax

Gör hansı yollardan keçmişəm, bax

Bu gün sərxoşam, bir az içmişəm, bax

Etirafa uğurlu seçmişəm vaxt

Soyuqdur ürəyimə dörd divarda

Arada yaz - sözünün istisi vardır

Səninlə nəğmə, sənsiz ahu-zardır

Hekayəmizi yazan anonim bir yazardır

Rəssam qız (rəssam qız)

Sənin çəkdiyin heç bir əsərdə yoxam

Baxsan, qız (baxsan, qız)

Mənim də yazılarımda sən yoxsan

Yazsam, qız (əgər cəhd etsəm)

Fırçanın, qələmin sehrində iki insan biz

İnan, hər şey asan, qız (asan, qız)

Hey

Deyirsən ki, sevgim çox kobuddur

Axı onun keçmişi əzablı olubdur

Nakam məhəbbət amansız tilovdur

Tələsinə düşən çarəsiz girovdur

İndi "gangster love"dır! Bu, "gangster love"dır!

Həyatımda yeni mərhələ, bir sınaqdır

Yolun yarısı qaradır, yarısı ağdır

Bu "time" bitib, oyunun yarısı qaldı

Sənsiz darısqaldır küləklər şəhəri

Sənsiz küləksiz Bakı kimi birtəhərəm

Qız, gəl, mövzum ol, gəl, obrazım ol

Necə rəssama rəng kimi, mənə lazım bu

Ağ vərəq qidalanır mürəkkəblə

Mənə sevgi gərək, demə, mürəkkəbdir

Səninlə soyuq bədənə ürək gəldi

Ruhsuz cismin axırı necə, gərək, bəlli

Gəl sənə danışım öz dünyamdan

Geridə buraxdığım izdihamdan

Sən isə gülümsəyib rəsmini çək

Mən də edim təsvirin vəsfin gerçək

Rəssam qız (rəssam qız)

Sənin çəkdiyin heç bir əsərdə yoxam

Baxsan, qız (baxsan, qız)

Mənim də yazılarımda sən yoxsan

Yazsam, qız (yazsam, qız)

Fırçanın, qələmin sehrində iki insan biz (iki nəfər)

İnan, hər şey asan, qız (çox asandır, bax)

Rəssam qız (rəssam qız)

Sənin çəkdiyin heç bir əsərdə yoxam

Baxsan, qız

Elə mənim də yazılarımda sən yoxsan

Yazsam, qız (yazsam, qız)

Fırçanın, qələmin sehrində iki insan biz (iki nəfər)

İnan, hər şey asan, qız (rəssam qız)

Rəssam qız

Asan, qız

İnan ki, bu, asan, qız

İnan ki, ciyər

Uranの他の作品

総て見るlogo