menu-iconlogo
logo

Popurri: Bağa Girdim Üzümə, Leylican

logo
بول
Gözlərəm pəncərəmizdən, küçəmizdən keçəsən

Yerişindən, baxışından bilirəm mən necəsən

Yaz ötüb, yay da keçib, toylu payız fəsli gəlib

Heç demirsən ki, gərək ömrünə həmdəm seçəsən

Gözlərəm pəncərəmizdən, küçəmizdən keçəsən

Yerişindən, baxışından bilirəm mən necəsən

Yaz ötüb, yay da keçib, toylu payız fəsli gəlib

Heç demirsən ki, gərək ömrünə həmdəm seçəsən

Mənimtək sevgilin var

Olmusan əcəb bəxtəvər

Geciksən, peşman olarsan

Dost ikən düşmən olarsan

Geciksən, peşman olarsan

Dost ikən düşmən olarsan

Almırsan vecə sən

Bilmirəm necəsən

Almırsan vecə sən

Bilmirəm necəsən

Almırsan vecə sən

Bilmirəm necəsən

Almırsan vecə sən

Bilmirəm necəsən

Bağa girdim üzümə

Tikan batdı dizimə

Əyildim çıxartmağa

Yar sataşdı gözümə

Bağa girdim üzümə

Tikan batdı dizimə

Əyildim çıxartmağa

Yar sataşdı gözümə

Ay qız, heyranın ollam

Ay qız, qurbanın ollam

Ay qız, heyranın ollam

Ay yar, qurbanın ollam

Gələrsən, qadan allam

Gedərsən, yola sallam

Gələrsən, qadan allam

Gedərsən, yola sallam

Bənövşə deyiləm mən

Yel vura, əyiləm mən

Mənə vəfasız demə

Vəfasız deyiləm mən

Bənövşə deyiləm mən

Yel vura, əyiləm mən

Mənə vəfasız demə

Vəfasız deyiləm mən

Ay qız, heyranın ollam

Ay qız, qurbanın ollam

Ay qız, heyranın ollam

Ay yar, qurbanın ollam

Gələrsən, qadan allam

Gedərsən, yola sallam

Gələrsən, qadan allam

Gedərsən, yola sallam

Ay sevgilim, demə bu nə həvəsdir?

Nə nəğmədir, nə avazdır, nə səsdir

Ay sevgilim, demə bu nə həvəsdir?

Nə nəğmədir, nə avazdır, nə səsdir

Sənsiz keçən ayım, günüm əbəsdir

Sənsiz keçən ayım, günüm əbəsdir

Könlüm gülür, gül, yanına gələndə

Könlüm gülür bil, yanına gələndə

Sən aşiqin çiçəyisən, yarısan

Bir arzum var, hər arzudan yarı sən

Danışmırsan, ay qız, mənlə barı sən

Şirin-şirin gül yanıma gələndə

Danışmırsan, ay qız, mənlə barı sən

Şirin-şirin gül yanıma gələndə

Könlüm gülür, gül, yanına gələndə

Şənlik edək bahar, yazı

Gəl bu qədər etməz nazı

Sevgi dolu arzumuzu

Puç eyləmə, qonşu qızı

Şənlik edək bahar, yazı

Gəl bu qədər etməz nazı

Sevgi dolu arzumuzu

Puç eyləmə, qonşu qızı

Dəniz olub ləpələnək

Çiçək olub səpələnək

Eşqimizə nəğmə deyək

Dəniz olub ləpələnək

Çiçək olub səpələnək

Eşqimizə nəğmə deyək

Balam, aman, aman, aman

Gülüm, aman, aman, aman

Yarım, aman, aman, aman

Belə qonşumun qızı

Yarım, aman, aman, aman

Gülüm, aman, aman, aman

Balam, aman, aman, aman

Belə qonşumun qızı

Ay qız, sənə mailəm

Boynunda həmayiləm

Ay qız, sənə mailəm

Boynunda həmayiləm

Dost payın şirin olar

Hər nə desən, qaniyəm

Qaşın, gözün, şirin sözün

Aldı məni canımı

Qaşın, gözün, sözün

Aldı məni canımı

Mən sənə qurban

Mən sənə heyran

Mən sənə qurban

Mən sənə heyran

Ay xanım, xanım

Sən mənim canım

Gəl, səni alım

Qoynuma salım, ay xanım

Ay xanım, xanım

Sən mənim canım

Gəl, səni alım

Qoynuma salım, ay xanım

Toyu bələsin xonçalar subayların toyunda

Oxunsun şux mahnılar subayların toyunda

Toyu bələsin xonçalar subayların toyunda

Oxunsun şux mahnılar subayların toyunda

Subayların toyunda

Subayların toyunda

Rəqs eləyək sübhədək

Subayların toyunda

Subayların toyunda

Bizim bəyin toyunda

Rəqs eləyək sübhədək

Subayların toyunda

Toy bələsin elimizi, elimizi, elimizi

Yurdumuzu, elimizi, elimizi, elimizi

Toy bələsin elimizi, elimizi, elimizi

Yurdumuzu, elimizi, elimizi, elimizi

Deyək-gülək şadlanaq

Subayların toyunda

Rəqs eləyək, oynayaq

Subayların toyunda

Deyib-gülüb şənlənək

Subayların toyunda

Rəqs eləyək sübhədək

Subayların toyunda

Gələrəm dalınca

Sevgilim olunca

Gələrəm dalınca

Sevgilim olunca

Leyli, Leyli

Yandım, aman, Leyli

Leyli, Leyli, Leyli, Leyli

Öldüm, aman, Leyli

Leylican, Leyli

Bir dayan, Leyli

Öldürər məni

Bu hicran, Leyli

Leylican, Leyli

Bir dayan, Leyli

Leylican, Leyli

Həsrətdəyəm xeyli

Gözəl xanım, nədir xəyalın?

Kipriyin ox, qələm qaşların

Gözəl xanım, nədir xəyalın?

Kipriyin ox, qələm qaşların

Canımı aldın, odlara saldın

Canımı aldın, odlara saldın

Leyli, Leyli

Öldüm, aman, Leyli

Leyli, Leyli

Yandım, aman, Leyli

Leylican, Leyli

Bir dayan, Leyli

Öldürər məni

Bu hicran, Leyli

Leylican, Leyli

Bir dayan, Leyli

Leylican, Leyli

Həsrətdəyəm xeyli

Leylican, Leyli

Popurri: Bağa Girdim Üzümə, Leylican بذریعہ Murad Arif - بول اور کور